Oct 26, 2018 09:51 Asia/Baku
  • Azərbaycanda eşşək südü satılır?
    Azərbaycanda eşşək südü satılır?

Abşeron rayonu ərazisində fəaliyyətə başlamış eşşək (ulaq) təsərrüfatı istehsal etdiyi məhsulları müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə (QTA) göndərib. Agentlik bunun ardınca təsərrüfatda yoxlamalara başlayıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu açıqlamasında bildirilir: «Heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir. Bu insanlar arasında çaşqınlığa gətirib çıxarır», - açıqlamada qeyd edilib.

Bakıda eşşək fermasının fəaliyyətə başlaması, sözügedən heyvanın südünün satışa çıxarılacağı barədə məlumatlar bir neçə gün idi ki, yerli mediada açıqlanmışdı. Orada 1 litr eşşək südünün 80 manata təklif edildiyi bildirilirdi. Hətta bu mövzu sosial şəbəkələrdə də qızğın müzakirə edilir. Bəzi insanlar yazır ki, «Azərbaycanda 50 manata satılan eşşəyin 1 litr südü 80 manata təklif edilir».

 

Teqlər

Şərhlər