Jan 16, 2019 18:34 Asia/Baku
  • İran və Azərbaycan arasında hərbi əməkdaşlıq sənədi imzalandı
    İran və Azərbaycan arasında hərbi əməkdaşlıq sənədi imzalandı

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi və Azərbaycan Respublikasının müdafiə naziri arasında hərbi əməkdaşlığa dair sənəd imzalanıb.

İRNA-nın məlumatına görə, çərşənbə günü İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında imzalanmış sənədə əsasən iki tərəf hərbi-texniki əməkdaşlıqlarını genişləndirəcəklər.

General-mayor Baqiri İran və Azərbaycan arasında hərbi əməkdaşlığa dair sənədin imzalanmasından sonra jurnalistlər qarşısında verdiyi açıqlamada deyib: Locistik sahədə əməkdaşlığın edilməsi, birgə təlim kurslarının təşkil edilməsi və təcrübə mübadiləsi vacib məsələlərdəndir.

İran silahlı qüvvələrinin baş qərargah rəisi daha sonra İranın Azərbaycan Respublikasının ərazi bütövlüyün dəstəklədiyinə təkid edərək, Bakıya olan səfərinin iki ölkə arasında hərbi-müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə səbəb olacağına ümidvar olduğunu bildirib.

Azərbacyan Respublikasının müdafiə naziri Zakir Həsənov da İran İslam Respublikasına Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyi üçün təşəkkür edib və deyib: İki ölkənin hərbi-təhlükəsizlik əməkdaşlıqlarını aydın üfüqlər gözləyir.

Həsənov İran və Azərbaycan arasında əməkdaşlıqların bütün sahələr üzrə genişləndirilməsi olduğuna təkid edərək, deyib: Əminəm ki, iki ölkənin hərbi əməkdaşlıqları ən yüksək səviyyəyə çatacaq.

İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun rəsmi səfəri ilə Bakıya səfər edib. O, Azərbaycan Milli Məclisinin spikeri ilə də görüşüb, danışıqlar aparmalıdır.

Teqlər

Şərhlər