Feb 12, 2019 15:04 Asia/Baku
  • Naxçıvan Muxtar Respublikasında İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü anıldı
    Naxçıvan Muxtar Respublikasında İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü anıldı

İran İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibəti ilə bazar ertəsi günü, 11 fevralda Naxçıvan Muxtar Respublikasında xüsusi mərasim keçirilib.

İRİB-nin bildirdiyinə görə, bu mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, onun birinci müavini, baş nazir, nazirlər kabinetinin üzvləri, rektorlar, tanınmış siyasi və ictimai xadimlər, media mənsubları və Türkiyə baş konsulluğunun diplomatları iştirak ediblər.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrım İran İslam İnqilabını dünyanın hazırkı təlatümlü dövründə problemlərdən xilas olmaq üçün fərqli bir nümunə təqdim və  hegemonçuluğun rədd edilməsi əsasında müstəqilliyin möhkəmləndirilməsinə təkid etdiyini bidirib.

O, daha sonra ABŞ-ın nüvə anlaşmasından çıxmasına işarə edərək, dedi: İran beynəlxalq öhdəliklərinə sadiq qalmaqla yanaşı, digərlərinə də öz yersiz istəklərini İran xalqına qəbul etdirmək icazəsi verməyəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da bu mərasimdə İran İslam İnqilabının qələbə çalmasının ildönümü münasibətilə İran xalqı və dövlətini təbrdik edib.

Şərhlər