İranın iştirakı ilə Bakı beynəlxalq kənd təsərrüfatı sərgisi açılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i340460-İranın_iştirakı_ilə_bakı_beynəlxalq_kənd_təsərrüfatı_sərgisi_açılıb
İran İslam Respublikası daxil olmaqla 31 ölkənin iştirakı ilə Bakı beynəlxalq sərgi salonunda Azərbaycan Respublikasının 25-ci Beynəlxalq Kənd Təsərrüfatı və Qida Məhsulları Sərgisi açılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2019 07:50 Asia/Baku
  • İranın iştirakı ilə Bakı beynəlxalq kənd təsərrüfatı sərgisi açılıb

İran İslam Respublikası daxil olmaqla 31 ölkənin iştirakı ilə Bakı beynəlxalq sərgi salonunda Azərbaycan Respublikasının 25-ci Beynəlxalq Kənd Təsərrüfatı və Qida Məhsulları Sərgisi açılıb.

Bir neçə iranlı şirkət daxil olmaqla 31 ölkədən olan 400-dən çox şirkət müxtəlif kənd təsərrüfatı və qida məhsulları sahələrindəki bacarıqlarını Bakı beynəlxalq sərgisində nümayiş etdirir.

Azərbaycan Respublikasının 25-ci Beynəlxalq Kənd Təsərrüfatı və Qida Məhsulları Sərgisində kənd təsərrüfatı avadanlıqlarından əlavə, müxtəlif kənd təsərrüfatı məhsulları, baytarlıq dərmanlarıı, kənd təsərrüfatı üzrə laboratoriya aparatları, toxumlar, mal-qara yemləri, həmçinin maldarlıq, istixana, suvarma və su şəbəkəsi üzrə təchizatlar nümayiş etdirilir. Sərgi mayın 17-dək davam edəcək.