Sep 02, 2019 17:45 Asia/Baku
  • Azərbaycan R-da məhərrəm ayı əzadarlıqları başlanıb
    Azərbaycan R-da məhərrəm ayı əzadarlıqları başlanıb

Azərbaycan Respublikasının xalqı şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın və onun vəfalı köməkçilərinin əzadarlıq mərasimlərinə xas bir şövqlə başlayıblar.

Əhli-Beyt(ə) vurğunları, o cümədən qadın, kişi, qoca, gənc və yeniyetmələr dünən gecədən məscidlər və dini məkanların əzadarlıq dəstələrində iştirakla Kərbəla səhrası şəhidlərinin matəmində sinə və zəncir vurur, öz mövlalarına olan məhəbbətlərinin gözəl cilvəsini nümayiş etdirirlər. Bu əzadarlıqlar Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin, həmçinin bu ölkənin rayonları və kəndlərinin məscidləri və dini məkanlarında özünəməxsus əzəmətlə keçirilir. Bu mərasimlərdə natiqlər İmam Husəyn(ə)-ın şəhadətinin fəlsəfəsi və o həzrətin qiyamının hədəfləri barədə çıxışlar edirlər. Bakıdakı Məşhədi Dadaş məscidi dünən gecə məhərrəm ayının birinci gecəsində Aşura məktəbinin sonsuz bulağından qurtumlar içməyə gəlmiş vurğunlarla dolu idi. Əzadarlıq mərasimləri hər gecə Azərbaycan Respublikasının məscidlərində keçirilir və Aşura günündə öz zirvəsinə çatır.

Şərhlər