Oct 04, 2019 14:13 Asia/Baku
  • İran və Azərbaycan Respublikası
    İran və Azərbaycan Respublikası "Xəzər" minik avtomobili istehsal edirlər

Azərbaycan Respublikasının İrandakı səfiri Bakıda iki ölkənin müştərək zavodu tərəfindən "Xəzər" avtomobilinin istehsal edildiyini bildirib.

Bünyad Hüseynov Təbrizdə bu şəhərin ticarət palatasının üzvləri ilə görüş çərçivəsində Fars xəbər agentliyinin müxbiri ilə söhbətində iki ölkənin ortaq investisiyasına işarə edib. O, deyib: "Xəzər" minik avtomobili (Rana və Dena avtomobili) İran və Azərbaycan Respublikasının birgə məhsuludur və tezliklə bu avtomobildən on ədəd Rusiyaya ixrac ediləcək.

Azərbaycan Respublikasının İrandakı səfiri sonra bildirib ki, bu zavodun istehsal gücü müxtəlif modellər daxil olmaqla ildə 10 min avtomobildir.

O, qeyd edib ki,  bu istehsal obyektində “İran Xodro” şirkəti 25%-lik, Azərbaycan Respublikasının “Azərmaş” şirkəti isə 75%-lik paya malikdirlər. Hüseynovun sözlərinə görə, bu zavodda modern texnologiyalar, təchizat və maşın

avadanlıqlarından istifadə olunub.

O, belə qeyd edib: İranın “İran Xodro” və Azərbaycan Respublikasının “Azərmaş” şirkətləri arasında birgə zavodun yaradılması haqqında müqavilə 2016-cı ilin avqustunda imzalanıb və bu ortaq layihənin işə salınması xərci 24 milyon manat və zavodun maksimum istehsal gücü ildə on min minik avtomobili elan olunubdur.

Hüseynov söyləyib: Bu müştərək zavod İran prezidenti Həsən Ruhaninin keçən ilin aprel ayında Bakıya rəsmi səfəri zamanı açıldı.

Azərbaycan Respublikasının İrandakı səfiri həmçinin Təbriz-Bakı aviareysinin bərpa edilməsndən xəbər verib.

 

 

Şərhlər