Oct 18, 2019 17:08 Asia/Baku
  • İran və Azərbaycan Respublikasının startap şirkətləri altı əməkdaşlıq sənədi imzalayıblar
    İran və Azərbaycan Respublikasının startap şirkətləri altı əməkdaşlıq sənədi imzalayıblar

İran və Azərbaycan Respublikasının startap şirkətləri altı əməkdaşlıq sənədi imzalayıblar.

Dünən axşamçağı İran İslam Respublikası Prezident Administrasiyasının İnnovasiya və İnkişaf Fondunun rəhbəri Əli Vəhdət ilə Azərbaycan Respublikası İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli arasında Bakıda imzalanmış bu anlaşmalara əsasən, iranlı startap şirkətlər Azərbaycan Respublikasına nano döşəmələr, elektron və yüksək müqavimət qabiliyyətinə malik döşəmə məhsulları ixrac edəcəklər.

İran İslam Respublikası Prezident Administrasiyasının İnnovasiya və İnkişaf Fondunun rəhbəri Əli Vəhdət İran və Azərbaycan Respublikasının startap şirkətləri arasında razılaşmanın imzalanmasını əhəmiyyətli adlandırıb və bildirib ki, bu, hələ yolun başlanğıcıdır və bu proses davam edəcəkdir.

İran İslam Respublikası Prezident Administrasiyasının İnnovasiya və İnkişaf Fondu rəhbərinin Bakıya səfərində İran və Azərbaycan Respublikasının innovativ əməkdaşlıq mərkəzi də açılıbdır.

Bu mərkəzdə iranlı startap şirkətlərin məhsullarının daimi sərgisi bir il müddətinə bərqərar olacaq və startap şirkətlərin marketinq qrupu da aktiv olacaqdır.

 

 

Teqlər

Şərhlər