İranın yeddi şərti yerinə yetirilməyənə qədər ABŞ-nı cəzalandırmaqdan əl çəkməyəcəyik
https://azeri.sahartv.ir/news/İran-i423270-İranın_yeddi_şərti_yerinə_yetirilməyənə_qədər_abŞ_nı_cəzalandırmaqdan_əl_çəkməyəcəyik
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın sözçüsü bəyan edib ki, İranın yeddi şərti yerinə yetirilməyənə qədər Amerikanı cəzalandırmaqdan dayanmayacaqlar.
(last modified 2026-09-26T12:34:32+00:00 )
Sen 26, 2026 16:31 Asia/Baku
  •  İranın yeddi şərti yerinə yetirilməyənə qədər ABŞ-nı cəzalandırmaqdan əl çəkməyəcəyik

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın sözçüsü bəyan edib ki, İranın yeddi şərti yerinə yetirilməyənə qədər Amerikanı cəzalandırmaqdan dayanmayacaqlar.

SEPAH-ın sözçüsü briqada generalı Hüseyn Mühibbi bildirib: "İranın yeddi şərti yerinə yetirilməyənə qədər Amerikanı cəzalandırmaqdan əl çəkməyəcəyik; raketlərimiz Amerikanın çoxqatlı hava hücumundan müdafiə sistemlərini məhv etmək gücündədir."General Mühibbi qeyd edib: "Amerika Fars körfəzində hərbi qüvvələrini cəmləşdirməklə İranın təslim olacağını gözləyirdi, lakin İran tərəfindən fərqli bir müqavimətlə qarşılaşdı. İran xalqı şəhidlərin bərəkəti sayəsində şücaət və milli təhlükəsizlik əldə edib. Biz bu müharibənin qalibiyik və hazırda bu qələbəni daimi strateji çəkindirmə gücünə çeviririk".SEPAH-ın sözçüsü davamında deyib: "Amerikanın şüarı gəmişiliyin təhlükəsizliyini təmin etmək idi, lakin son qarşıdurma zamanı o, məhz bu məsələdə uğursuzluğa düçar oldu. ABŞ dünyanın ən böyük hərbi-dəniz donanmasına malik olmasına baxmayaraq, Hörmüz boğazını hətta bir neçə saat belə açıq saxlaya bilmədi".General Mühibbi əlavə edib: "Amerika neft qiymətlərinin artmasının qarşısını almaq üçün Hörmüz boğazının açıq olduğunu iddia edir, lakin boğaz üzərində nəzarət SEPAH-ın hərbi-dəniz qüvvələrinin əlindədir". "Qarşıdurmadan əvvəl boğazdan gündəlik onlarla, bəzən isə yüzdən çox gəmi keçirdi; indi isə yalnız İranın ticarət tərəfdaşlarına məxsus neft Tehranın icazəsi ilə oradan keçir", - deyə SEPAH-ın sözçüsü qeyd edib.