Zallarda təcrid və küçələrdə etirazlar
https://azeri.sahartv.ir/news/dünya-i423274-zallarda_təcrid_və_küçələrdə_etirazlar
Qərb dairələri sionist rejimin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı zalın boşalmasını rejimin beynəlxalq təcridinin göstəricisi kimi qiymətləndirirlər.
(last modified 2026-09-26T12:55:50+00:00 )
Sen 26, 2026 16:53 Asia/Baku
  •  Zallarda təcrid və küçələrdə etirazlar

Qərb dairələri sionist rejimin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı zalın boşalmasını rejimin beynəlxalq təcridinin göstəricisi kimi qiymətləndirirlər.

BMT Baş Assambleyasında Netanyahunun çıxışı zamanı onlarla diplomat və dövlət nümayəndəsinin zalı tərk etməsi ötəri bir hərəkət deyildi. Əksinə, sionistlərin və xüsusilə də Natanyahu hökumətinin üzləşdiyi beynəlxalq təcridin dərinləşməsini və işğalçı rejimin Qəzzə zolağı ilə İordan çayının qərb sahilində fələstinlilərə qarşı törətdiyi soyqırım cinayətlərinə görə artan qlobal narazılığı əks etdirirdi. Netanyahunun bu şəkildə təcrid olunması “Wall Street Journal”, “Politico” və “Washington Post” kimi Amerika qəzetlərinin diqqətini cəlb edib. “Wall Street Journal” qəzetinin iki müxbirinin hazırladığı reportajda qeyd olunub ki, Netanyahunun bu çıxışı onun gərgin rəqabət şəraitində keçən parlament seçkiləri və ABŞ prezidenti Donald Trampın administrasiyası ilə münasibətlərinin pisləşməsi ilə üzləşdiyi bir vaxta təsadüf edir. Amma Netanyahunun vəziyyəti ilə bağlı digər diqqətçəkən məqam isə onun yalnız BMT zalında deyil, küçələrdə də artan etirazlarla qarşılaşması olub. Etirazlar BMT zalları ilə məhdudlaşmayıb və və Nyu-York küçələrində daha geniş şəkildə özünü göstərib.Nyu-York Polis Departamenti bildirib ki, etirazçılara, həbs edilməzdən əvvəl küçələrə çıxmamaları barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, onlar etiraz aksiyasına qatılmaq üçün küçələrə çıxıblar.