Oct 22, 2019 18:04 Asia/Baku
  • Azərbaycan Respublikası baş nazirinin iki müavini vəzifəsindən azad edilib
    Azərbaycan Respublikası baş nazirinin iki müavini vəzifəsindən azad edilib

Azərbaycan Respublikası baş nazirinin iki müavini vəzifəsindən azad edilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin hökmü ilə Əli Həsənov və Hacıbala Abutalıbov baş nazir müavinləri vəzifələrindən azad ediliblər.

Bu iki baş nazir müavininin kənarlaşdırılması Azərbaycan Respublikasının yeni baş nazirinin təyin olunmasından sonra həyata keçirilibdir.

Novruz Məmmədov iki həftə əvvəl baş nazir vəzifəsindən istefa verdi və Əli Əsədov onun yerinə, Azərbaycan Respublikasının baş naziri təyin edildi.

Şərhlər