Oct 23, 2019 13:24 Asia/Baku
  • Yaşayış minimumunun məbləği məlum oldu
    Yaşayış minimumunun məbləği məlum oldu

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub.

APA-nın xəbərinə görə, bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.

Həmçinin 2020-ci ildə Azərbaycanda inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılır.

Növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3 faizə, xərclərinin isə 7,9 faizə qədər yüksəlməsi proqnozlaşdırılır.

 

Şərhlər