Nov 07, 2019 20:10 Asia/Baku
  • İranın baş konsulu Naxçıvanın hərbi komandanı ilə məşvərət edib
    İranın baş konsulu Naxçıvanın hərbi komandanı ilə məşvərət edib

İran İslam Respublikasının baş konsulu Naxçıvan Muxtar Respublikasının xüsusi ordusunun komandanı ilə görüşdə sərhədlərin təhlükəsizliyi və sabitliyinin təmin edilməsini vurğulayıb.

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Seyyed Əhməd Hoseyni Naxçıvan Muxtar Respublikasının xüsusi ordusunun komandanı Kərəm Mustafayev ilə görüşdə əlavə edib: Bu gün qonşular bir-birilərinin köməyilə dinc regional və sərhəd təhlükəsizliyi və sabitliyinə nail olublar.

Mustafayev də deyib ki, Naxçıvan Muxtar Respublikası İran İslam Respublikasının yardımlarını unutmayacaq.

Mustafayev həmçinin Naxçıvan Muxtar Respublikası-İran İslam Respublikası əlaqələrinin uzun keçmişinə işarə edərək, müxtəlif sahələrdə həmkarlıqlara və iki ölkə sərhədləri arasındakı təhlükəsizliyə təkid edib.

Teqlər

Şərhlər