Nov 09, 2019 15:47 Asia/Baku
  • Repressiya və İgəncələr Əleyhinə Komitəsi toplantı keçirib
    Repressiya və İgəncələr Əleyhinə Komitəsi toplantı keçirib

Repressiya və İgəncələr Əleyhinə Komitəsi Oqtay Gülalıyevlə bağlı TƏCİLİ toplantı keçirdi.

"Hüquq müdafiəçisi, Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin koordinatoru Oqtay Gülalıyevin hadisəsi onun prinsipial ictimai fəaliyyətinə son vermək və başqalarında da qorxu yaratmaq məqsədilə törədilmiş sui-qəsd və terror hadisəsidir."

Bu sözlər "Repressiya və İgəncələr Əleyhinə Komitə"nin toplantısında deyilib.

Toplantıda son günlərin repressiya və işgəncə faktları, hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı hadisənin ictimai araşdırmasına aid ilkin qənaətlər və bu istiqamətdə görüləcək işlər, həmçinin komitənin qarşısında duran əsas vəzifələr müzakirə edilib.

Oktyabrın 29-da Bakının mərkəzində tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub.O, kəllə-beyin travması alıb, beyninə qan sızıb.

Bir neçə saatdan sonra Gülalıyev komaya düşüb. Oktyabrın 30-da Bakıda nevro-cərrahiyyə əməliyyatı edilib.

Oqtay Gülalıyevi müayinə etmək üçün noyabrın 5-də Heydər Əliyev Fondunun dəvətilə gələn türkiyəli mütəxəssislər onun müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər.

Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysilə İstanbula aparılıb və “Avrasiya” klinikasına yerləşdirilib. Ailəsi hüquq müdafiəçisinin vəziyyətinin kritik olduğunu deyir.

Şərhlər