Nov 09, 2019 15:47 Asia/Baku
  • Azərbaycanda maye qazın qiyməti qaldırıldı
    Azərbaycanda maye qazın qiyməti qaldırıldı

Azərbaycanda yanacaqdoldurma məntəqələrində yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.

Bu barədə "Azpetrol” şirkətindən bildirilib.

Şirkətdən deyilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 qəpiyə qaldırılıb.

 “Qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, - deyə “Azpetrol”dan bildirilib.

SOCAR-dan bildiriblər ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir.

Hazırda Azərbaycan Respublikasında maye qaza tələbat artmaqdadır .

 

 

 

Şərhlər