Xədicə İsmayılovaya görə, Avropa Rəsmi Bakını cərimələdi: 17 min avro
https://azeri.sahartv.ir/news/azərbaycan-i352286-xədicə_İsmayılovaya_görə_avropa_rəsmi_bakını_cərimələdi_17_min_avro
Avropa insan haqları məhkəməsi Rəsmi Bakını jurnalist Xədicə İsmayılovaya 17 min avro kompensasiya ödəməyə məhkum etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2019 05:33 Asia/Baku
  • Xədicə İsmayılovaya görə, Avropa Rəsmi Bakını cərimələdi: 17 min avro
    Xədicə İsmayılovaya görə, Avropa Rəsmi Bakını cərimələdi: 17 min avro

Avropa insan haqları məhkəməsi Rəsmi Bakını jurnalist Xədicə İsmayılovaya 17 min avro kompensasiya ödəməyə məhkum etdi.

Bu məhkəmə Azərbaycan Respublikası rəsmilərini xanım İsmayılovanın insan ləyaqətinin təhqir edilməsi hallarına baxılmasına məhəl qoymamaqda ittiham edib.

Azərbaycan Respublikasından olan jurnalist Xədicə İsmayılova 2012-ci ildə bu ölkənin prezidenti İlham Əliyevin ailə üzvlərinin maliyyə fəaliyyətlərinin Bakıdakı bir tikinti layihəsi ilə əlaqəsi barədə təhqiqat və hesabat hazırlamaqda idi ki, içində intim əlaqələri barədə fotolar olan bir məktub aldı. Xanım İsmayılovanı bu məktubda hədələyərək bildirmişdilər ki, öz təhqiqatına xitam verməzsə, intim filmlərinin internetdə yayılmasının intizarında olsun.

Belə görünür ki, naməlum şəxslər bu jurnalistin evinə soxularaq, otağında gizli kamera quraşdırıbmışlar. Lakin bu jurnalist susmayaraq, özünə qarşı təhqirləri mediyaya çıxarmışdı.