Dek 05, 2019 20:16 Asia/Baku
  • Tehran və Bakı bank həmkarlıqlarının inkişafını vurğulayıblar
    Tehran və Bakı bank həmkarlıqlarının inkişafını vurğulayıblar

İranın iqtisadi məsələlər və maliyyə nazirinin Azərbaycan Respublikasının baş nazir müavini ilə görüşündə iki ölkənin birgə komissiyası iclasının mövzuları tərəflərin razılığı ilə qarşılanıbdır.

Fərhad Dejpəsənd deyib: İran prezident adminstrasiyasının İnnovasiya və İnkişaf Fondu Azərbaycan Respublikasının İnnovasiya Agentliyi ilə əməkdaşlıq etməyə hazırdır.

İranın iqtisadi məsələlər və maliyyə naziri iki ölkənin birgə iqtisadi komissiyası iclasının tez bir zamanda keçirilməli olduğunu bildirib.

Dejpəsənd Azərbaycan Respublikasının bəzi anlaşmaların icrasına, o cümlədən Rəşt-Astara dəmiryolu layihəsinin təkmilləşdirilməsi, müştərək sənaye şəhərciyinin yaradılması və iki ölkənin bank əməkdaşlıqlarının genişləndirilməsinə xüsusi diqqət yetirməsini istəyib.

Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev də İranın iqtisadi məsələlər və maliyyə nazirinin əsas mövzular və iki ölkənin birgə iqtisadi komissiyası iclasının tez bir zamanda keçirilməli olması barədəki təklifini alqışlayaraq, deyib: Azərbaycan Respublikası prezidenti bu qənaətdədir ki, iki ölkə əlaqələrinin son illərdə böyük nailiyyətlər əldə etməsinə rəğmən, həmkarlıqların daha da genişləndirilməsilə hər iki ölkənin maksimum imkanlarından istifadə olunmalıdır.

Şərhlər