Dek 07, 2019 12:56 Asia/Baku
  • Namizədlərin irəli sürülməsi prosesi başlayıb
    Namizədlərin irəli sürülməsi prosesi başlayıb

Azərbaycan Respublikasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 3-cü, 53-cü, 54-cü, 146-cı maddələrinə əsasən, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı rəsmi dərc olunduqdan sonra birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesi başlayır.

Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-u, bazar gününə təyin edilib və sərəncam dekabrın 6-da rəsmi dərc olunub.

Beləliklə, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesinə dekabrın 6-dan start verilib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gün keçiriləcək iclasında Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyəcək.

 

 

Şərhlər