Dek 13, 2019 10:45 Asia/Baku
  • AİHM Azərbaycanı Mövsüm Səmədova görə cərimələyib
    AİHM Azərbaycanı Mövsüm Səmədova görə cərimələyib

Dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi hazırda həbsdə olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqlayıb.

Qərarda M.Səmədovun hüquqlarının pozulması tanınıb və Azərbaycanın ona 4000 avro kompensasiya ödəməsi gərəkli sayılıb.

Məhkəmənin qərarına görə, M.Səmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş bəzi hüquqların pozulması ilə müşayiət olunub. Söhbət həmin Konvensiyanın 5.3-cü (həbsin qanunsuzluğu) və 6.1-ci (ədalətli məhkəmə araşdırmasının təmin olunmaması) maddələrinin zəmanət verdiyi hüquqlardan gedir.

AİP sədri Mövsüm Səmədov 2011-ci il yanvarın 7-də hicabı müdafiə etdiyyinə görə saxlanılıb və barəsinə 12 il həbs cəzası verilib.

Şərhlər