Azərbaycan Ordusunun bir müddət əvvəl itkin düşmüş əsgərinin cənazəsi neytral ərazidən götürülüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i358017-azərbaycan_ordusunun_bir_müddət_əvvəl_itkin_düşmüş_əsgərinin_cənazəsi_neytral_ərazidən_götürülüb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2020 10:27 Asia/Baku
  • Azərbaycan Ordusunun bir müddət əvvəl itkin düşmüş əsgərinin cənazəsi neytral ərazidən götürülüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.