Mart 26, 2020 09:51 Asia/Baku
  • Azərbaycanda spirt və maskalarda qıtlıq
    Azərbaycanda spirt və maskalarda qıtlıq

Azərbaycan Respublikasında spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. APA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan verilən məlumata görə, hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik çəkirlər:

"Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub.

Azərbaycana 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacağı gözlənilir.

Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.

Azərbaycanda koronavirusa yoluxan daha bir nəfərin öldüyü açıqlanıb.

martın 25-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Həmin məlumatda vurğulanıb ki, Azərbaycanda 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb: «Qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilib və karantinə götürülüb».

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 93 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, 2 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı bir neçə min şəxsin karantində saxlandığı açıqlanıb.

AZƏRBAYCAN R-DA SPİRT VƏ MASKA QITLIĞI

Şərhlər