Mart 26, 2020 17:27 Asia/Baku
  • ATƏT cəbhə bölgəsində atəşkəs rejiminin səviyyəsini qiymətləndirib
    ATƏT cəbhə bölgəsində atəşkəs rejiminin səviyyəsini qiymətləndirib

ATƏT 2019-cu il ərzində Azərbaycan və Ermənistan sərhədində 5, cəbhə xəttində isə 18 dəfə monitorinq keçirib.

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in illik hesabatında məlumat verilib.

Hesabatda qeyd olunub ki, 2019-cu il ərzində tərəflər atəşkəs rejiminin pozulma səviyyəsinin nisbətən aşağı olduğunu bildiriblər ki, bu da cəbhə xəttində nisbi sabitlik və sakitliklə əlaqələndirilir.

ATƏT Minsk Qrupu həmsədrlərinin davam edən səylərini tam dəstəkləyib.

Azərbaycan 2019-cu il üçün ATƏT-in vahid büdcəsinə 45 276 avro ödəyib.

ATƏT Azərbaycanla bağlı ikili standartlar yürütdüyü üçün tənqid olunur.

ATƏT ATƏŞKƏS REJİMİNİN SƏVİYYƏSİNİ QİYMƏTLƏNDİRİB

Şərhlər