Apr 01, 2020 10:41 Asia/Baku
  • Bir günə 24 nəfər koronavirusa yoluxub, 1-i ölüb
    Bir günə 24 nəfər koronavirusa yoluxub, 1-i ölüb

Azərbaycanda 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Bu barədə, martın 31-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Qərargahdan vurğulanıb ki, onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir, karantinə götürülür: «Ölkədə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir».

AR-DA 24 YENİ KORONAVİRUS XƏSTƏSİ VƏ 1 ÖLÜ

Şərhlər