İyul 23, 2020 08:16 Asia/Baku
  • Lavro Ermənistan və Azərbaycan Respublikasının Moskvadakı səfirləri ilə görüşüb

Rusiyanın xarici işlər naziri Ermənistan və Azərbaycan Respublikasının Mokvadakı səfirləri ilə görüşüb və iki ölkə sərhəddində gedən döyüşlər barədə fikir mübadiləsi aparıb.

SəhərAzəri xəbər verir, Sergey Lavrov Azərbaycan Respublikası və Ermənistanın Moskvadakı səfirləri Polad bülbüloğlu və Vartan Tuganyanla görüşərək, Qafqaz bölgəsinin təhlükəsizliyi və iki ölkənin sərhədindəki vəziyyətin stabilliyinin təmin edilməsi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıb.

Bu görüşdə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nəzarəti altında Qarabağ münaqişəsinin həlli istiqamətində görülən tədbirlərin perspektivi araşdırılıb.

Minsk Qrupu Rusiya, Fransa və ABŞ-dan təşkil olunub və bu qrupun nümayəndələri Qarabağ münaqişəsinin həllinə dəfələrlə çalışsalarda, heç bir nəticə əldə edilməyib.

İyulun 12-dən Ermənistan-Azərbaycan Respublikası dövlət sərhədinin Tovuz rayonu istiqamətində iki ölkə hərbçiləri arasında baş verən toqquşma hələ də davam edir və indiyədək hər iki tərəfdən onlarla itki və yaralı ilə nəticələnib.

Azərbaycan Respublikası və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb, 1991-ci ildə hərbi qarşıdurmaya çevrilib, nəticədə Qarabağ regionu və onun ətrafindakı yeddi rayon Ermənistan qüvvələrinin nəzarəti altına keçib.

Teqlər

Şərhlər