İyul 28, 2020 06:59 Asia/Baku
  • Britaniyalı analitik: Qarabağ sülh danışıqları tamamilə dayana bilər!

Britaniyalı analitik Azərbaycanla Ermənistan arasında danışıqların tamamilə dayana biləcəyi barədə xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Lourens Broers bunun səbəblərindən birinin Azərbaycanla Ermənistan sərhədində baş verən son hadisələr olduğunu deyib. Eyni zamanda onun sözlərinə görə, tərəflər münaqişənin nizamlanmasının əsas prinsiplərinə dair sənəddən də uzaqlaşırlar.

Onun fikricə indi real təhlükə bundan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar kəsilə bilər.

Analitik qeyd edib ki, əsas prinsiplər 10 ildən çoxdur müzakirə olunurdu. Bunlar Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını, Dağlıq Qarabağa aralıq statusun verilməsini, təhlükəsizlik təminatını və özünüidarəetməni, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizi və regionun yekun hüquqi statusunun referendumla müəyyən edilməsini , məcburi kökünlərin qayıtmasını, beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tuturdu.

O qeyd edib ki, ciddi danışıqların bərpa edilməsinə dair hələlik heç bir əlamət yoxdur. Üstəlik Ermənistandakı “məxməri inqilabdan” sonra təmas xəttində iki ilə yaxın misli görünməmiş stabillik yaransa da danışıqlarda irəliləyiş olmadı. 

Teqlər

Şərhlər