Avq 07, 2020 13:14 Asia/Baku
  • Az. R. və Bakı üzrə Koronavirusa ən çox yoluxma haradadır?

Ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - %56.3. Abşeronda yoluxma faizi %16.1, Aranda %9.4, Gəncə-Qazaxda %6.7, Lənkəranda %4.5, Quba-Xaçmazda %1.9, Dağlıq Şirvanda %1.7, Şəki-Zaqatalada %1.5, Yuxarı Qarabağda %1.0 faizdir.

SəhərAzəri xəbər verir, "koronavirus.info" ən yüksək yoluxma hallarının Bakı şəhərinin payına düşdüyünü və onun səviyyəsinin 56.3 faiz olduğunu bildirir.
Abşeronda yoluxma faizi %16.1, Aranda %9.4, Gəncə-Qazaxda %6.7, Lənkəranda %4.5, Quba-Xaçmazda %1.9, Dağlıq Şirvanda %1.7, Şəki-Zaqatalada %1.5, Yuxarı Qarabağda %1.0 faizdir.
Naxçıvanda yoluxma %0.0, ölkə xarici yoluxma isə %0.8 təşkil edir.
Bakının rayonları üzrə də koronavirusa yoluxma statistikası açıqlanıb. Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma %14.2, Xətaidə %12.2, Sabunçuda %11.9, Yasamalda %11.8, Nəsimidə %9.2, Nərimanovda %8.3, Suraxanıda %8.1, Qaradağda %7.4, Nizamidə %7.3,  Xəzərdə %4.8, Səbaildə %4.5, Pirallahıda  %0.3 təşkil edib.

Teqlər

Şərhlər