Avq 10, 2020 08:19 Asia/Baku
  • Qondarma

Qondarma Dağlıq Qarabağ Respublikasında ehtiyatda olan şəxslər xidmətə çağırılıb.

Sahar Azari bildirir ki, qondarma rejimin "müdafiə nazirliyi" 40 yaşına qədər ehtiyatda olan şəxslərin müqavilə əsasında xidmətə qəbulu barədə məlumat yayıb

Sputnik Xəbər Agentliyinin məlumatına əsasən, qondarma "Dağlıq Qarabağ Respublikası"da ehtiyatda olan şəxslərin müqavilə əsasında xidmətə qəbul edilməsi iddia olunur

Məlumatda deyilir ki, qondarma rejim minatəmizləyənləri, artilleriya atıcılarını, atıcıları, qumbaraatanları, pulemyotçuları, mühəndis istehkamçılarını, sürücüləri, mexanikləri, avtoelektrik, qaz və elektrik qaynaqçılarını, ekskavator və buldozer sürücülərini xidmətə çağırıb.

Teqlər

Şərhlər