Sen 24, 2020 09:01 Asia/Baku
  • Türkiyənin quldur vəhabi terrorçularını Bakıya köçürməkdə məqsədi nədir?

Bəzi məlumatlı mənbələr bildirirlər ki; son aylarda 10 minə yaxın vəhhabidən ibarət müxtəlif terrorçu qruplaşmalarının üzvləri Azərbaycana gətirilib.

SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir, son aylarda 10 minə yaxın vəhhabidən ibarət müxtəlif terrorçu qruplaşmalarının üzvləri Azərbaycana gətirilib.  Belə ki, Yaxın Şərqi müxalifətçilik adı altında oda çəkən, olduğu ölkələrdə dinc sakinləri qətliam edən terrorçu vəhabilər, digər böhranlı regionlardan   Azərbaycanın, xüsusilə Naxçıvanın Türkiyə tərəfindən işğal edilməsi, ölkənin təbii sərvətlərinin talanması üçün buraya köçürülür. 
İlk öncə, Azərbaycanın rəsmi dairələri  bu xəbəri  inkar etsələr də, sonralar xəbərin həqiqət olduğu üzə çıxdı və artıq müxtəlif dillərdə danışan təkfirçi vəhabilər  paytaxt Bakı və bir neçə digər şəhərdə sakinlər tərəfindən müşahidə edilməkdədir. 
Sonuncu dəfə isə 2 gün öncə "Həmzə" batalyonu adlanan  vəhabi qruplaşmasının üzvlərindən ibarət terrorçular Bakıya gətiriliblər. 
Bu son xəbərdə "Həmzə" batalyonunun 200 nəfərdən çox üzvünün Suriyadan Ankaraya və oradan da Bakı reysi ilə Azərbaycana gətirilməsi haqqında yeni məlumat yayılıb. Belə ki, qrup üzvləri Ankaradan Bakıya gələn hərbi yük təyyarəsində şəkil çəkdirərək Bakıya gəlmələri barədə məlumat veriblər.
Bir neçə müddət öncə isə Suriya azad ordusunun 1000 nəfərdən ibarət üzvünün Azərbaycana gətirilməsi xəbəri yayılmışdı.
 Qeyd edək ki, vəhhabilərdən ibarət "Həmzə" batalyonu Türkiyəyə bağlı ən mühüm terror qruplarından biri sayılır. Bu vəhabilərin əvvəllər Hələbin şimalında, İdlibdə və sonra isə Liviyada törədilən qanlı cinayətlərdə əlləri var. 

Teqlər

Şərhlər