Sen 27, 2020 19:00 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 128 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40 023 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37 655 nəfər müalicə olunaraq sağalıb, 586 nəfər vəfat edib, aktiv xəstə sayı 1 782 nəfərdir.

Teqlər

Şərhlər