Sen 29, 2020 14:39 Asia/Baku
  • Prezident İlham Əliyev: Azərbaycan Ordusu öz torpaqlarında vuruşur

"Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır"

Səhər Azəri bildirir ki, bunu Azərbaycan Respublikası prezidenti İlham Əliyev Almaniya Kansleri Angela Merkel ilə telefon söhbəti zamanı bildirib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan təmas xəttində hadisələrin gedişi ilə maraqlanan Almaniya Kanslerini Azərbaycana qarşı törədilən hərbi təxribat və Azərbaycan tərəfinin əks-hücum əməliyyatı barədə məlumatlandıraraq qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir. Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Ermənistanın müdafiə naziri Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyib və bu plan reallıqda həyata keçirilir.

“Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Teqlər

Şərhlər