Noy 21, 2020 19:54 Asia/Baku

Görüş zamanı İlham Əliyev üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini və Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirib.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb. Bu görüşdə Qarabağda nizamlanma barədə üçtərəfli bəyanat müzakirə olunub.

Görüş zamanı İlham Əliyev üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini və Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirərək deyib: "Üçtərəfli bəyanat uğurla yerinə yetirilir. Bu, Bakı və Yerevanın münaqişəyə son qoymağa hazır olmalarından xəbər verir".

 

Teqlər

Şərhlər