Noy 22, 2020 18:43 Asia/Baku
  • Qarabağda atəşkəsə tam şəkildə riayət olunur

Rusiyanın müdafiə naziri Azərbaycan Respublikasının müdafiə naziri ilə görüşdə deyib ki, Qarabağ bölgəsində atəşkəsə tam şəkildə riayət olunur.

SəhərAzəri xəbər verir, Sergey Şoyqu Bakıda Zakir Həsənovla görüşdə deyib: Rusiya-Ermənistan-Azərbaycan Respublikası üçtərəfli bəyanatına əsasən, rus sülhü mühafizə qüvvələri hazırda bütün bölgə boyunca mövcud olan 23 nəzarət postunda yerləşiblər.

Rusiyanın müdafiə naziri sonra deyib: Təmas xəttində təhlükəsizliyə əmin olmaq üçün əsas şose yolları nəzarətə alınıb, mühacirlərin geri dönmələri də başlanıbdır. Bütün tədbirlər indiyədək öz bəhrəsini veribdir.

Rusiyanın bu hərbi rəsmisi bundan öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşərək, ona Rusiya-Ermənistan-Azərbaycan Respublikası üçtərəfli bəyanatının icra prosesinin irəliləyişindən xəbər vermişdi.

Azərbaycan Respublikasının prezidenti də həmin görüşdə demişdi ki, Ermənistanla atəşkəs razılaşmasının maddələri uğurla həyata keçirilməkdədir və bu, Qarabağ savaşında döyüşən tərəflərin həmin döyüşə son qoymaq üzrə hazırlıqlarını göstərir.

Rusiyanın müdafiə naziri şənbə günü İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin yeni müdafiə naziri Vaqarşak Arutunyanla görüşdə Qarabağda atəşkəs prinsiplərinə düzgün riayətin vacibliyini vurğulayıb və erməni tərəfdən istəyibdir ki, bu məsələyə düzgün nəzarəti qaydaya salsın.

Şoyqu deyibdir ki, Qarabağ bölgəsində sülh və təhlükəsizliyin qorunması rus tərəfin prioritetlərindəndir.

Teqlər

Şərhlər