Noy 22, 2020 20:55 Asia/Baku
  • Ağdam came məscidinin qapısı üzərindəki yazıların bərpasına təkid

Azərbaycan Respublikasında «Cümə» dini icmasının başçısı Ağdam came məscidinin qapısı üzərindəki yazıların bərpa edilməsini istəyib.

SəhərAzəri xəbər verir, Hacı İlqar İbrahimoğlu vurğulayıb: Ola bilsin, ermənilər tərəfindən silinmiş Ağdam came məscidinin qapısı üzərindəki yazılar Allah-Taalanın yad edilməsi, ilahi tövhidə şəhadət, Həzrət Muhəmməd(s.ə.s)-in peyğəmbərliyi, Əmirəlmominin Əli(ə)-ın imamlığı, İmam Rza(ə)-a istinad və Fəth surəsindən bir ayəni əhatə edən məzmuna malikdir ki, bu da Azərbaycan Respublikası xalqının yüksək mənəviyyatı və mədəniyyətindən xəbər verir.

O, həmçinin Qarabağda qalan digər bölgələrin taleyi və gələcəyi barədə sual etməyi Azərbaycan Respublikası xalqının haqqı adlandırıb.

Hacı İlqar İbrahimoğlu həmçinin vurğulayıb: Həzrət Ayətullahuluzma Xameneinin «Bütün işğal olunmuş ərazilər Azərbaycan Respublikasına geri qaytarılmalıdır» təkidi kimi uzaqgörən strategiyaya diqqət yetirmək lazımdır.

Teqlər

Şərhlər