Noy 26, 2015 15:26 Asia/Baku
  • Nardaranda atışma: 2 nəfər dünyası dəyişdi
    Nardaranda atışma: 2 nəfər dünyası dəyişdi

Bu gün günorta saatlarında Bakının Nardaran qəsəbəsində atışma olub, 2 nəfər dünyası dəyişib.

İslamazeri saytı məlumat verib ki , Nardaranda "Rəhimə Xanım" ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı atışma baş verib.
İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb.
İlkin məlumatlara görə, 2 nəfərin dünyasını dəyişib, bir neçə nəfər də yaralanıb.
Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.

Teqlər