Yan 09, 2016 09:14 Asia/Baku
  • Nardaran Ağsaqqallar Şurasının sədri barəsində 4 aylıq həbs qərarı verildi
    Nardaran Ağsaqqallar Şurasının sədri barəsində 4 aylıq həbs qərarı verildi

Bakının Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

Onun barəsində dörd ay müddətində həbs-qətimkan tədbiri seçilib.

Natiq Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.

Teqlər