İyun 30, 2016 14:40 Asia/Baku
  • İslam dünyasının işğalçılıq və ifratçılıq əleyhinə birliyi
    İslam dünyasının işğalçılıq və ifratçılıq əleyhinə birliyi

“Beynəlxalq Qüds Günü”-nün gəlib çatması münasibəti ilə Bakıda "İslam dünyasının işğalçılıq və ifratçılıq əleyhinə birliyi" adlı konfrans keçirib.

Azərbaycan Respublikasının elm və mədəniyyət xadimləri, mediya mənsubları və ziyalılarının qatıldığı bu konfransda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Əlirza Qafarov mübarək Ramazan ayının sonuncu cüməsinin İmam Xomeyni (r.ə) tərəfindən mümumdünya Qüds günü adlandırılmasının müsəlmanların vəhdəti və onların zalımlara qarşı həmrəyliyinə əlverişli fürsət yaratdığını diqqətə çəkib.

O Beynəlxalq təşkilatların İslam dünyasının problemlərinə qarşı susqun mövqe nümayiş etdirmələrinə toxunaraq deyib: Hal-hazırda Fələstin, Suriya, İraq, Yəmən və Qarabağda cinayətlərin şahidiyik.

DEVAM sədri İlqar İbrahimoğlu da konfransda etdiyi çıxışında Qüds gününü müsəlmanların siyasi oyanışı günü adlandırıb və deyib: İmam Xomeyninin(r.ə) buyurduğuna görə Qüds günü islam günüdür və müsəlmanlar islam dünyasının işğal edilmiş torpaqlarının azad edilməsi üçün imam hüseyn məktəbindən ilham alaraq fəaliyyətə keçməlidirlər.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakain isə toplantıda etdiyi çıxışında ilk öncə İstanbulda baş verən son terror hadisəsini pisləyərək deyib: İslam düşmənləri İŞİD kimi bir terrorçu qrupu yaratdılar ona görə ki, islam dünyasının diqqətini Fələstin məsələsindən yayındırsınlar. Məhz bu reallığı nəzərə alaraq müsəlmanlar islam düşmənlərinin bu məkirli planı qarşısında diqqətli olmalı terrorizm və ifratçılığa qarşı tam birləşməlidir.

Möhsün Pakain deyib: Qüds günü bütün məhrumların günüdür və islam , dünyanın hər hansı yerində müsəlman torpaqlarının işğalına qarşıdır.

Konfrans başqa iştirakçıların çıxışı ilə davam edib və şairlər də Fələstin və müsəlman torpaqların işğalı, zalımların müsəlmanlara qarşı cinayətləri mövzusunda öz şeirlərini səsləndiriblər.

Teqlər