Sen 25, 2016 17:12 Asia/Baku
  • Azərbaycanda konstitusiyaya dəyişiklik üzrə referenduma 117 ölkənin nümayəndələri nəzarət edəcək
    Azərbaycanda konstitusiyaya dəyişiklik üzrə referenduma 117 ölkənin nümayəndələri nəzarət edəcək

Azərbaycan Respublikası konstitusiyasına dəyişiklik üzrə referendum sabah, sentyabrın 26-da keçiriləcək

İRİB-nin Bakı ofisinin verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri bu gün müxbirlər qarşısında etdiyi çıxışında deyib: Referendum səhər saat 8-dən başlayaraq, saat 19-dək davam etdiriləcək və referendumun şəffaf və sağlam keçirilməsi üçün 33 ölkədən və 18 beynəlxalq təşkilatdan 117 nümayəndə səsverməyə nəzarət edəcək. 

Məzahir Pənahov sonra deyib: Beynəlxalq nəzarətçilərdən əlavə Azərbaycan Respublikasının öz daxilindən də 53 min 531 nəfər referendumun daha yaxçı keçirilməsinə nəzarət edəcək. 

MSK-nın sədri söyləyib: Səsvermə 5627 seçki məntəqəsində keçiriləcək, səsvermə üçün 5 milyon 280 min bülleten nəzərdə tutulub. 

Məzahir Pənahov deyib: Digər ölkələrdə yaşayan azərbaycanlıların da referendumda iştirakı üçün müxtəlif ölkələrdə Azərbaycanın səfirlik və konsulluqlarında 38 seçki məntəqəsi nəzərdə tutulub. 

Sabah keçiriləcək referendumda yaşı 18-dən yuxarı olanlar səs vermək hüququna malikdirlər. Referendum konstitusiyanın 29-cu maddəsinə dəyişiklik üzrə keçirilir. 

Sabah keçiriləcək referendum Azərbaycan Respublikasında keçirilmiş 2002 və 2009-cu illərin referendumlarından sonra üçüncü hesab olunur. 

Konstitusiyaya yeni dəyişikliklərə əsasən, 1-ci vitse prezident və prezidentin müavinləri vəzifələri yaradılacaq və onlar prezident tərəfindən təyin olunacaq, yaxud vəzifədən kənarlaşdırılacaqlar. 

Həmçinin bu dəyişikliklərə görə, prezidentlik müddəti 5 ildən 7 ilə uzaldılacaq və prezidentlik üçün namizədlik yaşı azaldılacaq. 

Milli Məclisin buraxılması qaydası, beynəlxalq və dövlətlərarası müqavilələrin bağlanması haqqı, bələdiyyə şuralarının səlahiyyətləri də konstitusiyaya dəyişiklik layihəsinin digər sahələrini təşkil edir.