Yan 19, 2017 14:12 Asia/Baku
  • Elmar Məmmədyarov
    Elmar Məmmədyarov

Azərbaycan Respublikası xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə öz təşəkkürünü bildirib.

Trend-in verdiyi məlumata görə, İƏT-in baş katibi Yusif Əl-Əsimin bu gün Kuala Lumpurda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşündə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində toqquşmaların artmasından nigaran qaldığını bildirib və bir daha Ermənistan hərbi qüvvələrini Azəbaycan Respublikasının işğal olunmuş ərazilərini tərk etməyə çağıraraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşmasının vacibliyini vurğulayıb. 

Görüşdə tərəflər Myanma müsəlmanlarının problemlərinin həllini vurğulayıb, terrorizm ilə mübarizə və dünyada islamofob düşüncələrin yayılması kimi mövzuları da müzakirə ediblər. 

İƏT-in Myanmada Ruhingiya müsəlmanlarının durumunu araşdırmaq üçün Malayziyanın çağırışı ilə fövqəladə iclası bu gün Kuala Lampurda öz işinə başlayıb. 

Bu iclasda son aylar ərzində Myanma dövləti və ifratçı buddistlər tərəfindən zorakılıqlara məruz qalan  Ruhingiya müsəlmanlarının düçar olduğu böhran araşdırılır.