Mart 18, 2017 19:02 Asia/Baku
  • Prezident İlham Əliyev Novruz şənliyində iştirak edib
    Prezident İlham Əliyev Novruz şənliyində iştirak edib

Bu gün Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Azərbaycan Respublikası prezidentini və onu müşayiət edənləri Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident Əliyev bayram şənliyində nitq söyləyib. Bildirib ki, yanvar ayının ortalarından bu günə qədər o, 7 dəfə xaricə səfərə gedib. Azərbaycan İslam həmrəyliyi üçün çox böyük işlər görür, çox böyük töhfələr verir.

2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi.