May 11, 2017 13:08 Asia/Baku
  • Azərbaycan Respublikasında zəlzələ

Rixter şkalası ilə 5,3 bal gücündə yeraltı təkan Azərbaycan Respublikasının bir neçə rayonunu titrədibdir.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu zəlzələ bu gün səhər yerli vaxtla səhər saat 7-24 dəqiqədə baş verib və onun titrəyişi Şirvan, Salyan və Lənkəranda daha artıq hiss olunubdur. Bu da yerli saknləri qorxuya salıbdır.

Rixter şkalası ilə 5,3 bal gücündə olan bu zəlzələnin episentri Saatlı şəhərinin ətrafında, yerin 39 kilometr dərinliyində olubdur.

Zəlzələnin gücü adları qeyd olunan rayonlarda isə rixter şkalası ilə 4,3 bal olubdur. Hələlik ehtimal olunan xəsarətlər barədə bir məlumat daxil olmayıbdır.

Teqlər