May 19, 2017 20:24 Asia/Baku
  • Nəsiri çempion oldu
    Nəsiri çempion oldu

IV İslam Həmrəyliyi Oyunlarında İranın 57 kq çəki dərəcəsində sərbəst güləşçisi qızıl medal qazanıb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, sərbəst güləş üzrə dörd çəki dərəcəsində final və üçüncülük uğrunda yarışlar Heydər Əliyev İdman Kompleksində keçirilib. 65 kq çəki dərəcəsində Meysəm Nəsiri azərbaycanlı rəqibi Maqomed Müslümovla qarşılaşıb.

Nəsiri ilk yarıda oyunu idarə edib və bir xəbərdarlıq xalı ilə rəqibdən önə keçib.

İkinci yarıda ilk öncə rəqibə iki xal verən Nəsiri gözəl hərəkətlə rəqibdən dörd xal alıb. Beləliklə 5:3 hesabı ilə rəqibini məğlub edərək qızıl medala layiq görülüb.