May 24, 2017 12:37 Asia/Baku
  • Azərbaycan, İran və Türkiyə tennis federasiyaları əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan, İran və Türkiyənin stolüstü tennis federasiyaları Bakıda əməkdaşlıq sənədi imzalayıblar.

İRNA-nın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu anlaşma memorandumu Azərbaycanın iqtisadiyyat naziri və stolüstü tennis federasiyasının prezidenti Şahin Mustafayev, İran və Türkiyə tennis federasiyalarının prezidenti Mehrdad Əli Qardaşi və Kərim Koç tərəfindən imzalanıb. 

İran, Azərbaycan və Türkiyə stolüstü tennis federasiyalarının əməkdaşlığı, müştərək təlim məşq toplantıları və yarışların keçirilməsi, təcrübə mübadiəsi, komandaların qarşılıqlı şəkildə dəvət olunması bu anlaşmanın maddələrindəndir. 

Bakıda IV İslam Həmrəyliyi Oyunları zamanı İran İslam Respublikasının qadınlardan ibarət tennis yığması qızıl medal və Azərbaycan və Türkiyə yığmaları isə müvafiq olaraq gümüş və bürünc medal qazandılar. 

IV İslam Həmrəyliyi Oyunları 54 islam ölkəsindən 22 idman növündə idmançıların iştirakı ilə 12 mayda Azərbaycan paytaxtı Bakıda başlandı və 22 mayda sona çatdı. 

İranın idman karvanı 127 kişi və 31 qadın idmançı ilə İslamiadada 20 idman növündə iştirak edirdi. 

İranın idman karvanı IV İslam Həmrəyliyi Oyunlarında 38 qızıl, 26 gümüş və 33 bürünc medalla 3-cü yeri tutub. 

Teqlər