May 24, 2017 22:37 Asia/Baku
  • Allahşükür Paşazadə
    Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri bu ölkənin din xadimləri və ruhanilərinin digər ölkələrdəki hadisələr və olaylar haqda fikir bildirməsini qadağan edib.

İRİB-in Bakıdakı ofisinin bildirdiyinə görə, Şeyxülislam Allahşükür Paşazadə mübarək Ramazan ayı ərəfəsində təşkil olunan mərasimdə ruhanilər və din xadimlərindən öz xütbələrində digər ölkələrdəki olaylar haqda fikir bildirməmələrini istəyib. 

Məlumata görə, QMİ sədri din xadimləri və ruhanilərdən istəyib ki, istər mətbuatda, istərsə də xütbələrdə Azərbaycandan başqa digər ölkələrin problemləri haqda çıxış etməsinlər. 

O bildirib ki, ruhanilər və din xadimləri bu haqda yetərincə diqqətli olmalı və başqa ölkələrin hadisələri haqda özbaşına bəyanat verməsinlər.