May 25, 2017 10:50 Asia/Baku
  • OPEC və qeyri-OPEC ölkələrinin Vyana görüşü
    OPEC və qeyri-OPEC ölkələrinin Vyana görüşü

OPEC və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair əldə olunmuş razılaşma Azərbaycanı qane edir və rəsmi Bakı razılaşmanın müddətinin uzadılmasının tərəfdarıdır. Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, mövcud razılaşmanın yerinə yetirilməsi neft bazarına müsbət təsir edib: "Bu səbəbdən yanvar ayından etibarən neftin qiyməti faktiki olaraq 50-55 dollar diapazonunda dəyişib".

 

N.Əliyev əlavə edib ki, neftin qiymətlərinin stabilliyi və gözlənilən olması bütün istehsalçılar üçün əlverişlidir.

Mayın 25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti görüşə toxunan nazir qeyd edib ki, razılaşmanın müddətinin uzadılması ehtimalı olduqca yüksəkdir. "Görüş iştirakçıları öz fikirlərini bildirəcək. Böyük ehtimalla, razılaşmanın müddəti uzadılacaq. Lazım olarsa, biz hasilatın bir qədər də azaldılmasına nail ola bilərik. Bazarın vəziyyəti optimistikdir. Bu səbəbdən inanmıram ki, Vyana görüşündə hər hansı sürprizlə üzləşərik.