İyun 08, 2017 13:25 Asia/Baku
  • “Cənub-Qərb” layihəsinin perspektivləri
    “Cənub-Qərb” layihəsinin perspektivləri

Azərbaycan, Gürcüstan və İran dəmir yol idarələrinin rəhbərləri “Cənub-Qərb” nəqliyyat dəhlizinin perspektivlərini müzakirə ediblər.

APA-nın məlumatına görə, layihə çərçivəsində Fars körfəzindən və İrandan keçməklə Avropaya yüklər daşınacaq. Hazırda yüklərin dənizlə daşınması dövriyyəsi Fars körfəzi və Hindistandan keçməklə 30-40 gün davam edir. Gürcüstan, Azərbaycan və İran dəmir yolu xətti mövcud olandan sonra yükdaşımanın müddəti əhəmiyyətli dərəcədə qısalacaq.

 

Müzakirələrdə iştirak edən “Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanov deyib: “ Avropa, Pakistan, Hindistan və İran arasında yük dövriyyəsinin həcmi “Cənub-Qərb” dəhlizinin perspektivlərindən xəbər verir. Biz daşınan yüklərə nəzarət məqsədilə  vahid tarif sistemi yaratmaq niyyətindəyik. Təqdirəlayiq haldır ki, Gürcüstan hökuməti tərəfindən bir neçə azad ticarət zonası yaradılıb. Bu, görülən işlərin keyfiyyətinə, yük dövriyyəsinə və yüklərin rahat şəkildə daşınmasına müsbət təkan verir”.

 

Tədbir çərçivəsində Gürcüstan Dəmir Yolunun baş direktoru Mamuka Baxtadze, “Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolu prezidenti Səid Məhəmmədzadə görüşün nəticələrinə dair sənəd imzalayıblar.

 

Teqlər