İyun 26, 2017 15:41 Asia/Baku
  • Azərbaycanda fitr bayramı
    Azərbaycanda fitr bayramı

Azərbaycan Respublikası xalqı bu gün bir ay oruc tutub mehriban Allaha ibadət etdikdən sonra şükür səcdəsini yerinə yetirib və ölkə boyu şəhərlərdə səadətli fitr bayramı namazını qılıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Azərbaycan xalqı dünən günortadan sonra bəzi məscidlərdə vida axşamı mərasimləri keçirərək ramazan ayının son saatlarını qeyd edib və bu gün fitr bayramı namazı qılaraq Allaha şükr edib. 

Dünyasını dəyişənlərin qəbirlərini ziyarət, böyüklərin görüşünə gedib bayramı təbrik etmək, ehtiyaclı insanlara yardım, hədiyyə vermək və təzə paltarlar geyinmək Azərbaycanda fitr bayramına məxsus ənənələrdir. 

Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra bu ölkədə dini bayarmlara xüsusi diqqət yetirilir və bu il bu münasibətlə iki gün rəsmi qeyri-iş günü elan edilib. Həftənin iki ilk günü və ordu günü münasibəti ilə qeyri-iş günlərini də əlavə etdikdə bu il fitr bayramının qeyri-iş günlərinin sayı 5 günə çatır. 

Teqlər