İyul 20, 2017 20:05 Asia/Baku
  • Bakıda Qüds mövzsunda beynəlxalq iclas
    Bakıda Qüds mövzsunda beynəlxalq iclas

Bir qrup mütəfəkkir, beynəlxalq qrum və təşkilatların təmsilçiləri, analitiklər və fələstin təmsilçilərinin iştirakı ilə Qüds mövzusunda beynəlxalq toplantı keçirilib. Toplantıya Azərbaycanda olan xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri də qatılıb.

İRİB-nin verdiyi məlumata görə, bu beynəlxalq toplantıda Fələstinin işğal edilməsi, sionist sakinli qanunsuz qəsəbələrin salınması və İsrail rejiminin fələstinlilərə qarşı işğalçılıq siyasəti yürütməsi, Qüdsdə əhalinin tərkibinin yəhudilərin xeyerinə dəyişdirilməsi, Beytülmüqəddəslə bağlı yeni baxışların yaranması, BMT-nin Beytülmüqəddəsin şərqində fəaliyyətlə bağlı strategiyası, İslam Əməkdaşlıq Təşkilatının Fələstinə olan himayələri, Fələstinlə bağlı BMT qətnamələrinə və beynəlxalq hüquq normalarına istinad edilməsi və son Fələstin olayları o cümlədən Əl-Əqsa məscidinin fələstinlilərin üzünə bağlanılması araşdırılıb.

İclasın açılış mərasimində Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Şahin Abdullayev bu konfransın Bakıda keçirilməsini Azərbaycan üçün böyük fəxr adlandırıb və deyib: Biz BMT-nin Fələstinlə bağlı qətnamələrini himayə edir və Fələstin məsələsinin həllinə imkan verməyən maneələri qınayırıq.

Teqlər