Sen 23, 2017 20:03 Asia/Baku
  • Yüzlərlə AR vətəndaşı terror qruplarına qoşulub
    Yüzlərlə AR vətəndaşı terror qruplarına qoşulub

Azərbaycan R-nın dövlət təhlükəsizlik xidmətindəki bir mənbə bildirib ki, indiyədək bu ölkə vətəndaşlarından təqribən 900 nəfər Suriya və İraqdakı terror qruplarına qoşulub.

Azərbaycan R-nın dövlət təhlükəsizlik xidmətindəki bu mənbə əlavə edib: Əldə olan məlumatlara əsasən, bu şəxslərin bir çoxu döyüşlərdə və anti-terror əməliyyatlarında öldürülübdür.

Belə bir halda, Azərbaycan R. dövlət təhlükəsizlik xidmətinin rəis müavini İlqar Musayev bir müddət bundan öncə müxbirlərlə müsahibədə bildirmişdi ki, Suriya və İraqdakı terror qruplarına qoşulmuş və hərbi döyüşlərdə iştirak etmiş bu ölkənin 82 vətəndaşı Azərbaycan R-na geri döndükdən sonra həbs olunubdur.

Musayev habelə qeyd edibdir ki, Azərbaycan R. vətəndaşlarından 151 nəfər Suriya və İraqda terror qruplarının kənarında döyüşlərdə iştirak etdiyi üçün vətəndaşlıqdan məhrum edilibdir.

Teqlər