Okt 16, 2017 19:24 Asia/Baku
  • Qarayev İran-AR mədəni-ədəbi həmkarlıqlarının inkişafını vurğulayıb
    Qarayev İran-AR mədəni-ədəbi həmkarlıqlarının inkişafını vurğulayıb

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri ölkəsinin İran İslam Respublikası ilə mədəniyyət və ədəbiyyat sahələrindəki əməkdaşlıqlarının inkişafını vurğulayıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əli Əsğər Farsinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşündə ədəbi həmkarlıqların inkişaf yolları araşdırılıb.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri bu görüşdə İranın bir sıra ədəbi kitabının, xüsusən müasir ədəbiyyat nümunələrinin İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzinin və Azərbaycan Respublikası yazıçılar birliyinin təşəbbüsü ilə azəri dilinə çevrilməsinə işarə edərək, iki ölkənin bir çox mədəni və ədəbi ortaqlıqlarına əsasən, bu əməkdaşlıqların inkişaf etdirilməsinə maraq göstərdiyini bildirərək, söyləyib: İki ölkə xalqlarının bir-birilərinin ədəbiyyatı ilə tanışlığı mədəni əlaqələrin genişləndirilməsi üçün yaxşı zəmindir və biz bu məsələyə xüsusi əhəmiyyət veririk. 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əli Əsğər Farsi də bu görüşdə iki ölkə arasında ədəbi həmkarlıqların genişləndirilməsi sahəsində görülmüş tədbirlərə işarə edərək, ötən bir il ərzində "Mostəfa Mastoorun "Mən sərçə deyiləm" və "Allahın gözəl simasını öp" adlı iki kitabı, həmçinin "Dost evi haradadır?" və "İranın müasir ədəbiyyat müntəxabatı" kitablarının azəri dilinə tərcümə olunmasını bu yolda bir başlanğıc adlandırıb və iki tərəfin bu sahədəki əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıb.

İranlı yazıçı Mostəfa Mastoor da bu görüşdə onun romanlarının Azərbaycan Respublikasında rəğbətlə qarşılanmasına işarə edərək, deyib: Mənim üçün maraqlıdır ki, həm mənim iranlı oxucularım, həm də Azərbaycan Respublikasından olan oxucularım mənim əsərlərim barədə ortaq bir anlayışa malikdirlər; bu da iki ölkə mədəniyyətinin yaxınlığından xəbər verir.

Bu görüşün davamında iki tərəf mədəniyyət və ədəbiyyat sahələrində qarşılıqlı əməkdaşlıqların inkişaf etdirilməsi barədə müzakirə aparıb və qərara alınıbdır ki, yaxın gələcəkdə Bakıda İran qadınlarının rəsm əsərləri sərgisi, eləcə də İran filmi festivalı keçirilsin və Azərbaycan Respublikası naşirləri də Təbriz kitab sərgisində iştirak etsinlər.

2018-ci ildə Bakıda və Azərbaycan Respublikasının digər bir şəhərində İran İslam Respublikasının mədəniyyət həftəsinin keçirilməsi bu yığıncaqda qəbul olunmuş digər qərarlardan olubdur.

Teqlər