Noy 17, 2017 14:41 Asia/Baku
  • Hacıhəsənliyə verilən qərardan kassasiya şikayəti olunub

Azərbaycan Respublikası Ruhanilər Məclisinin üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin bəzi KİV-ə istinadla verdiyi məlumata görə, Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov bu haqda deyib: “Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından tərəfimizdən kassasiya şikayəti verilmişdir. 

Vəkil Cavadov Apelyasiya Məhkəməsinin Masallı rayon Məhkəməsinin əsassız və qeyri-qanuni qərarını ləğv edəcəyini və və Şeyx Sərdarı azad edəcəyinə ümid edib.

Azərbaycanın tanınmış ruhanilərindən Masallı rayon icra hakimi Şeyx Sərdar Hacıhəsənlinin yüzlərlə namazqılanın iştirakı ilə cümə namazı qılmasına görə, ondan şikayət edib. Masallı Rayon Məhkəməsi saxlanılan Şeyx Sərdar Hacıhəsənlini üç il azadlıqdan məhrum edib.