Noy 17, 2017 18:11 Asia/Baku
  • Özbəkistan və Azərbaycan arasında hərbi əməkdaşlıq

Özbəkistan və Azərbaycan Respublikası müdafiə nazirləri memorandum imzalayıblar və memorandum əsasında iki ölkə arasında hərbi əməkdaşlıq genişləndiriləcək.

Fars Xəbər Agentliyinin məlumatına görə, Özbəkistan müdafiə naziri Əbdüssalam Əzizov və azərbaycanlı həmkarı Zakir Həsənov Azərbaycan paytaxtı Bakıda bu memorandumu imzalayıblar. 

İki tərəf həmçinin hərbi əlaqələr, hərbi, hərbi-texniki, hərbi təlim sahələrində qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi haqda fikir mübadiləsi aparıb. 

Özbəkistan və Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıqları iki ölkənin GUAM Təşkilatındakı üzvlüyü əsasında baş tutur. Bu birlik 1997-ci ildə Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna prezidentlərinin Strasburqda ATƏT-in zirvə toplantısının kənarında təşkil olunub və iki il sonra Özbəkistan bu birliyə qoşulub.